İlon Mask “Twitter”in satın alınması prosedurunu təxirə salıb

İş adamı İlon Maskın Twitter sosial şəbəkəsini satın almaqla bağlı müqaviləsini müvəqqəti olaraq dayandırıb.

İndex.az xəbər verir ki, bu barədə iş adamı bu sosial şəbəkədəki səhifəsində məlumat verib.

Bu qərara səbəb saxta hesabların və spam göndərmək üçün istifadə edilən hesablardır.

Sövdələşmənin “spam və saxta hesabların ümumi istifadəçilərin 5%-dən azını təşkil etməsi ilə bağlı gözlənilən detallara görə” müvəqqəti olaraq dayandırıldığı açıqlanıb.

Twitter aprelin 25-də bildirmişdi ki, Mask şirkəti 44 milyard dollara satın alır. Sövdələşmənin səhmdarların təsdiqi və tənzimləyici orqanların təsdiqindən sonra 2022-ci ildə bağlanacağı gözlənilir. Bundan sonra Twitter özəl şirkətə çevriləcək.