Ölkəyə turist axını 2 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 330 679 turist səfər edib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəfə çoxdur.

İlk dörd aylıq göstəricinin 84 402-si aprel ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 84,4 % çoxdur.

2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105 %, 112 %, 112 % və 84 % artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61 %, 56 %, 61 % və 64 % geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.