Bu il əhaliyə 2 milyard manatdan çox pensiya və sosial yardım ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 milyard 188 milyon manat vəsait ödəyib.

İndex.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 milyon manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, bu ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.