“Azərsun Holdinq”in iki şirkətinə qarşı iş qaldırıldı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “SunFood” MMC-yə qarşı antiinhisar qanunvericiyilinin pozulması əlamətləri üzrə iş qaldırıb.

İndex.az bu barədə nazirliyə istinadən xəbər verir.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilib.

“Qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər”, – deyə qurum bəyan edib.Q

Qeyd edək ki, hər iki şirkət “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərir.