“Azərpoçt”da Baş direktor vəzifəsi ləğv edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib.

İndex.az xəbər verir ki, qurumda Baş direktor və onun müavini vəzifələri ləğv edilib.

Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb.

Beləliklə, Əfqan Cəlilov “Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əli-zadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.

Dövlət şirkətindən “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək.