Səudiyyənin neft nəhəngi “Apple”i “taxtdan saldı”

Səudiyyənin neft şirkəti Saudi Aramco Apple-ı üstələyərək dünyanın ən dəyərli şirkəti oldu.

İndex.az xəbər verir ki, Səudiyyənin neft nəhəngi Aramco-nun bazar dəyəri çərşənbə günü 2,43 trilyon dollar olub. ABŞ-dakı əməliyyatlarda 5% ucuzlaşan Apple-ın bazar dəyəri isə azalaraq 2,37 trilyon dollara düşüb.

İnvestorlar iqtisadiyyatların daha da pisləşəcəyi qorxusu ilə bir çox sektorda, xüsusilə texnologiyada satış edərkən, enerji payları və qiymətləri artmağa davam edir.

Apple səhmləri yanvarın 4-də pik həddinə çatdıqdan sonra 20 faizə yaxın azalaraq 182,94 dollara düşüb. Aramco-nun səhmləri ilin əvvəlindən 27 faizdən çox artıb. Neftin qiymətinin qalxması ilə şirkət ötən il qazancını iki dəfə artırıb.