![Faydalı qazıntı yatağı 169 min manata hərraca çıxarılır](https://index.az/wp-content/uploads/2022/05/ea035199-4323-3732-88c0-60f897c17e91_850.jpg)
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Qazax rayonunda yerləşən “Daş Salahlı” bentonit gili yatağını hərraca çıxarır.
İndex.az quruma istinadən xəbər verir ki, hərrac iyunun 14-də, saat 15:00-da keçiriləcək.
Sahəsi 8,5 hektar olan yatağın ilkin satış qiyməti 169 400 manatdır. Bu məbləğin 10%-i beh kimi ödənilməlidir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün ƏMDX-nın Əmlak Xidmətləri Məkanına (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44.