![“Azeri Light”ın qiyməti 113 dollara yaxınlaşır](https://index.az/wp-content/uploads/2022/05/neft_kachalki_0810_2015_10-768x403-1.jpg)
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Index.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,96 ABŞ dolları və ya 3,64% artaraq 112,73 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.