Avropada qazın qiyməti 1100 dolları keçdi

Avropada təbii qazın qiyməti bir min kubmetrə görə 1100 min dolları keçib.

İndex.az “Kommersant”a istinadən xəbər verir ki, bu, Ukrayna ərazisindən Rusiya qazının nəqlinin dayandırılması fonunda baş verib.

Vurğulanır ki, iyul fyuçersinin qiyməti bir min kubmetrə görə 1124 dollar təşkil edib.

Bu gün, mayın 11-də Rusiya qazının Ukrayna ərazisindən tranziti 16.2 milyon kubmetr azala bilər. Qeyd edək ki, bu, “Soxranovka” qazçölmə stansiyasından nasosun olmaması ilə əlaqəlidir.

Dünən, mayın 10-da Ukrayna Rusiya qazının Luqansk vilayətindəki “Soxranovka” və “Novopskov” stansiyaları vasitəsilə tranzitinin dayandırıldığını elan edib. Qərar Rusiyanın fevralın 24-də Ukraynada başladığı hərbi əməliyyatlar fonunda qəbul edilib.