
Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-aprel ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 119.92% yerinə yetirib.
İndex.az xəbər verir ki, bu barədə Komitə sədri Səfər Mehdiyev öz rəsmi Twitter səhifəsində yazıb.
O qeyd edib ki, 1 mlrd. 641.44 mln. manat vəsait dövlət büdcəsinə köçürülüb. Bu da nəzərdə tutulan proqnozdan 272.64 mln. manat artıq deməkdir.