Aİ 2035-ci ildən yalnız elektromobilləri qeydiyyata almaq niyyətindədir

Avropa İttifaqı (Aİ) 2035-ci ildən yalnız elektrik nəqliyyat vasitələrini qeydiyyata almağı planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə çərşənbə günü Almaniyanın “Handelsblatt” qəzeti məlumat yayıb.
Bu o deməkdir ki, 2035-ci ildən Aİ benzin və dizel ilə hərəkət edən minik avtomobillərinin və karbon qazı buraxan yüngül kommersiya avtomobillərinin qeydiyyatına icazə verməyəcək. Bunun üçün mövcud olan yeganə texnologiya elektrikli avtomobildir.

Qəzet həmçinin qeyd edib ki, daxili yanma mühərrikli avtomobillərin istehsalı olunmayacağı təqdirdə iş yerləri itiriləcək. Avropa Avtomobil Təchizatçıları Assosiasiyası (CLEPA) Aİ-də yarım milyona qədər iş yerinin itiriləcəyini ehtimal edir.