“WhatsApp”dan daha bir – YENİLİK

“WhatsApp”da status yeniləmələri artıq tətbiqin çatında da görünəcək.

İndex.az xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb.

Funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.

O da vurğulanır ki, status yenilənməsi həm söhbət siyahısında, həm də kontaktlarda görünəcək.