Azərbaycanlı milyarderin 400 milyonluq yaxtasına həbs qoyuldu

Almaniyanın Hamburq limanında Azərbaycan əsilli oliqarx Fərhad Əhmədova məxsus  “Luna” yaxtasına həbs qoyulub.

İndex.az xəbər verir ki, bu barədə  Almaniya mətbuatı xəbər verir.

Məlumata görə, Almaniya Federal Kriminal Polis İdarəsi Rusiyada yaşayan Fərhad Əhmədovun dəbdəbəli gəminin sahibi olan Lixtenşteyn trestinin əsas benefisiarının olduğunu müəyyən edib.

Qeyd edək ki, yaxtanın 400 milyon dollar dəyərində olduğu bildirilir.