Ədliyyə Nazirliyi bu şirkətə 7 milyon manat ödəyəcək

Ədliyyə Nazirliyi məhkəmələrin istismarında avtomatlaşdırılmış sistemlərin, informasiya-kommunikasiya avadanlıqlarının, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı (1), habelə onlara texniki dəstəyin göstərilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər 2 tenderrin qalibi “Bestcomp Group” MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 4,444 milyon manat və 2,141 milyon manat, ümumilikdə isə 6,585 milyon manat ödəniləcək.