
Bitkoinin qiyməti 12%-dən çox ucuzlaşıb.
İndex.az ticarət məlumatlarına istinadən xəbər verir ki, kriptovalyutanın dəyəri 21 iyul 2021-ci ildən bəri ilk dəfə olaraq 30.000 dollardan aşağı düşüb.
Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan “Binance”də Bitkoin 12% ucuzlaşaraq 29 972 dollar təşkil edib.
20-dən çox birjanın orta qiymətini hesablayan “CoinMarketCap” portalına görə, Bitkoin 30 187 dollara qədər ucuzlaşıb.