Güzəştli kreditləşmənin həcmi kəskin artıb

Bu ilin yanvar-aprel ayları ərzində 757 layihənin maliyyələşdirilməsinə 29,8 mln. manat güzəştli kredit verilib.

İndex.az xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, verilən kreditlər hesabına 666 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən ilin müvafiq dövründə isə güzəştli kredit mexanizmi çərçivəsində 217 layihə maliyyələşdirilib və bu məqsədlə 18,6 mln. manat vəsait ayrılıb. İllik ifadədə kreditləşmənin həcmi 60,2% artıb.