Bu 5 sığorta şirkəti ötən il mənfəət vergisi ödəməyib

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-i ötən il mənfəət vergisi ödəməyib.

İndex.az xəbər verir ki, bunlar Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”), eləcə də “Atasığorta”, “Bakı Sığorta”, “Günay Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.

Qalan 15 şirkət isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Onlardan 5-də sözügedən göstərici 1 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Həyat Sığorta” (5,855 milyon manat), “PAŞA Sığorta” (5,567 milyon manat), “Qala Sığorta” (2,315 milyon manat), “Atəşgah Həyat Sığorta” (1,608 milyon manat) və “Qala Həyat Sığorta” (1,405 milyon manat) ASC-lərdir.

Qalan 10 sığorta şirkətindən 7-nun mənfəət vergisi ödəmələri 100 min manat – 1 milyon manat arasında, 3 şirkətin mənfəət vergisi ödəmələri isə 100 min manatdan azdır.