Bu gün banklar 40 milyon dollar aldı – HƏRRAC

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az xəbər verir ki, hərracda tələb 40,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

05 May 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 30,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 33 valyuta hərracında banklara 2 milyard 244,5 milyon dollar satılıb.