“Xəzər və Kür quruyur, balıq tükənir”

Xəzər dənizinin suyunun çəkilməsi ən çox Neftçala rayonu Bankə qəsəbəsinin sakinlərinin vəziyyətinə təsir edir.

İndex.az xəbər verir ki, bunu kənd sakini, balıqçı Vüqar İmanov “Azadlıq Radiosu”na bildirib.

“Dəniz getdikcə quruyur, quruduqca da balıq tükənir, gəlmir. Kür də quruyur. Kür olanda balığı çəkib gətirirdi, camaat da dolanırdı. Demək olar ki, Neftçalanın 50-60 faizi dənizlə dolanır”, – balıqçı deyib.