Karantin rejimi nə zaman tamamilə ləğv olunacaq?

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusi karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.

İndex.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.

O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm”.