Rusiya iqtisadiyyatı bu il 12% kiçilə bilər

Rusiya hökuməti bu il ölkə iqtisadiyyatının 12% kiçiləcəyini gözləyir.

İndex.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ölkənin Maliyyə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.

Qurumun gözləntiləri reallaşsa, bu, 1994-cü ildən Rusiyada ÜDM-in ən böyük azalması olacaq. Bu isə öz növbəsində Rusiyanın təxminən son 10 ildəki iqtisadi inkişafının heçə enəcəyi anlamına gəlir.