“Azersun Holding” işçilər axtarır – VAKANSİYALAR

Ofis meneceri (Kürdəmir)

Ümumi məlumatlar
• Ali Təhsilli olmalı;
• Rus və İngilis dili biliyi arzu olunandır
• Komputerdə işləmə bacarığı (MS office proqramları)
İş haqqında məlumat
• Müəssisə rəhbərinin ünvanına göndərilmiş məktubları və sənədləri qəbul etmək;
• Kargüzar işlərini apara bilməli;
• İclasların təşkili və iclas qeydlərinin aparılması;
• Raportların və məlumatların elektron sistemə daxil edilməsi.
İş şərtləri
Həftə içi 5 gün, 9:00-18:00

İş yeri Kürdəmir ray/
Qəbul ediləcək işçi sayı 2
Son müraciət tarixi – 21.05.2022
Web ünvanı – [email protected]

Satış Təmsilçisi (Yem)

Ümumi məlumatlar
● Kənd təsərrüfatı üzrə (baytarlıq, zootexniklik və s.) ali təhsil;
● B kateqoriyalı sürücülük vəsiqəsi;
● Ünsiyyətcilllik və inandırma bacarığı;
● Satış sahəsində ən azı 1 illik iş təcrübəsi;
● Heyvandarlıq sektorunda çalışanlara üstünlük verilir.
İş haqqında məlumat
● Yem məhsulları üzrə satış hədəflərinin yerinə yetirilməsi;
● Məsul olduğu ərazilərə satışı həyata keçirilməsi;
● Müştərilərdən sifarişlərin qəbul edilməsi;
● Yerli bazarı araşdırmaq və yeni fermer təsərrüfatlarını cəlb etmək;
● Müştərilərlə sənədləşmə işininin təşkili;
● Şirkətin məhsul və kompaniyaları haqqında müştəriləri məlumatlandırmaq;
● Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
● Şirkət tərəfindən avtomobil nəqliyyat vasitəsi təmin edilir.
İş şərtləri
Həftə içi 5 gün, 9:00-18:00

İş yeri
Gəncə şəhəri və ətraf bölgələr
Qəbul ediləcək işçi sayı – 1
Son müraciət tarixi – 21.05.2022
Web ünvanı – [email protected]

Elektronçu (Lənkəran)

Ümumi məlumatlar
– Elektronika – Avtomatika və digər texniki ixtisaslarda ali təhsil
– Elektrik çertyojlarını oxumağı bacarığı
– Ölçü cihazları və əl cihazları, mikrokontrollerlər, platalar ilə işləmə bacarığı.
İş haqqında məlumat
– Elektron texnikasına texniki xıdmət edir; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edir;
– Maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirir;
– Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparır və onları təmir edir;
– Təsdiq olunmuş sənədlərə uyğun olaraq təmir işlərini vaxtında və keyfiyyətlə aparılması tədbirlərini görür;
– Avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edir;
– Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak edir;
– Avadanlığın istifadə olunmasının uçotunu aparır və göstəricilərini təhlil edir, onun iş rejimini və istismar olunması şərtlərini öyrənir;
– Elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlayır;
– Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatları tərtib edir;
– Elektron texnikasının vaxtında ehtiyat hissələri və materialları ilə təmin edilməsinə nəzarət edir, radioelektron aparatlarının mühafizəsini təşkil edir.
İş şərtləri
Həftə içi 5 gün, 9:00-18:00

İş yeri  Lənkəran şəhəri
Qəbul ediləcək işçi sayı  1
Son müraciət tarixi  21.05.2022
Web ünvanı [email protected]

 

Növbə ustası (Lənkəran)

Ümumi məlumatlar
• Ali təhsilli olması (Texniki sahələrdə);
• İstehsalat sahəsində idarəçi təcrübəsi olanlara üstünlük veriləcəkdir;
• Diqqətli və məsuliyyətli olması;
İş haqqında məlumat
• Tabeçiliyində olan bütün sahənin təmiz, səliqli və nizamlı olmasına nəzarət etmək;
• Məsuliyyətində olan şəxsi heyyətin və avadanlıqların təhlükəsizliyindən cavabdeh olmaq;
• Növbəsinə gələrkən özündən əvvəlki növbə ustasından sistemə aid lazımi məlumatları almaq və eyni zamanda növbəsi ərzində baş verən sistemə aid nasazlıqları özündən sonrakı Növbə rəisinə bildirmək.
• İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
• Növbə hesabatını və lazımi qeydləri vaxtında həyata keçirərək müdriyyətə məlumat vermək.
• Müdriyyətin verdiyi bütün tapşırıqları yerinə yetirmək.
• Tabeçiliyində olan sahəyə rəhbərlik etməyi bacarmalı.
İş şərtləri
Növbəli iş qrafiki, həftədə 1 gün istirahət.

İş yeri
Lənkəran şəhəri
Qəbul ediləcək işçi sayı 2
Son müraciət tarixi 21.05.2022
Web ünvanı  [email protected]

Kateqoriya mütəxəssisi

Ümumi məlumatlar
• Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
• Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
• Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
• Rus və İngilis dili biliyi arzu olunandır.
• MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməlidir.
İş haqqında məlumat
• Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
• Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
• Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
• Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
• Endirim kataloqlarının planlanması;
• Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.
• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “Kateqoriya mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri – Həftə içi 5 gün, 9:00-18:00

İş yeri Bakı şəh.
Qəbul ediləcək işçi sayı 2
Son müraciət tarixi 21.05.2022
Web ünvanı [email protected]

 

Satış təmsilçisi (Bərdə, Yevlax)

Ümumi məlumatlar
Ali təhsilli olmalı (idarə etmə, iqtisadiyyat, biznes, martketing sahələrinə üstünlük verilir);
Yaş aralığı 22-35;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Hərbi bileti olmalı;
Aktiv, ünsiyyətcil, dünyagörüşü çox olmalı;
Rus və ingilis dili bilənlərə üstünlük verilir.
İş haqqında məlumat
Satış hədəflərinin yerinə yetirilməsi;
Məsul olduğu ərazilərə satışın həyata keçirilməsi;
Müştərilərdən sifarişlərin qəbul edilməsi;
Yerli bazarı araşdırmaq;
Müştərilərlə sənədləşmə işinin təşkili;
Şirkətin məhsul və kompaniyaları haqqında müştəriləri məlumatlandırmaq;
Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.
İş şərtləri  – Həftə içi 5 gün

İş yeri – Bərdə, Yevlax
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi  21.05.2022
Web ünvanı – www.hr.azersun.com

 

İnsan resursları əməliyyatları üzrə kiçik mütəxəssis

Ümumi məlumatlar
– Ali təhsilli olmalı;
– Məntiqi və analitik düşünmək qabiliyyəti olmalı;
– Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
– Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalı.
İş haqqında məlumat
– Şirkətlər qrupuna daxil olan müəssisələrlə əlaqədar tələb olunan raport və hesabatların hazırlanması;
– İşə yeni qəbul olunmuş və işdən çıxan əməkdaşların sənədlərinin sistemə və qovluqlara işlənməsini təmin etmək;
– Son haqq hesab prosesi edilmiş məkdaşların davamiyyət kartlarının deaktiv edilməsi;
– Tələb olunduqda əvvəllər şirkətdə işləmiş və işdən ayrılmış işçilər üçün məlumatların hazırlanması;
– Yeni işə qəbul olunan işçinin davamiyyət kart tələbləri ilə əlaqədar işlərin həyata keçirilməsi;
– Davamiyyət kartları ilə əlaqədar turniket sisteminə məlumatların işlənməsi və müvafiq müəssisələrə icazələrin verilməsi;
– Ümumi bayram, tədbir və idman yarışları ilə əlaqədar mərkəzləşdirilmiş qaydada siyahıların hazırlanması.
İş şərtləri – Həftə içi 5 gün, 09:00-18:00

İş yeri – Heydər Əliyev pr, 92a
Qəbul ediləcək işçi sayı 1
Son müraciət tarixi – 31.05.2022
Web ünvanı – www.azersun.com

 

Baytar həkim

Ümumi məlumatlar
• Baytarlıq sahəsi üzrə ali təhsil;
• Sahə üzrə minimum 1 il iş təcrübəsi;
İş haqqında məlumat
• İri buynuzlu və kiçik baş heyvanların epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qoruması;
• Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
• Xəstə heyvanların müalicə edilməsi;
• Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
İş şərtləri
Növbəli iş qrafiki, həftədə 1 gün istirahət.

İş yeri
Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Qəbul ediləcək işçi sayı – 2
Son müraciət tarixi – 21.05.2022
Web ünvanı – [email protected]

 

Kuryer

Ümumi məlumatlar
Fiziki sağlam və əmək qabiliyyətli
İş haqqında məlumat
Müştəri sifarişlərini maşına ehtiyatlı şəkildə yükləyərək sürücü ilə birgə təyin olunmuş sifariş saatı və marşrutu üzrə ünvanlara çatdırmaq.
Ünvanlara gedərkən POS terminal ilə (nağdsız ödənişə görə) müştəri ilə hesablaşma etmək.
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.

İş yeri – Bakı şəhəri, Bazarstore MMC
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi – 15.05.2022
Web ünvanı – http://www.azersun.com

 

Kuryer

Ümumi məlumatlar
Fiziki sağlam və əmək qabiliyyətli
İş haqqında məlumat
Müştəri sifarişlərini maşına ehtiyatlı şəkildə yükləyərək sürücü ilə birgə təyin olunmuş sifariş saatı və marşrutu üzrə ünvanlara çatdırmaq.
Ünvanlara gedərkən POS terminal ilə (nağdsız ödənişə görə) müştəri ilə hesablaşma etmək.
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.

İş yeri – Bakı şəhəri, Bazarstore MMC
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi – 15.05.2022
Web ünvanı – http://www.azersun.com

 

Sifariş Toplama İşçisi

Ümumi məlumatlar
– Fiziki sağlam və əmək qabiliyyətli
İş haqqında məlumat
Müştəri sifariş yerləşdirərkən çatdırılma tarixini və saatını seçdikdən sonra əl terminalında sifarişlərin çatdırılma saatına görə ilkin sifarişdən sonuncusuna qədər sıralanmasına görə toplanmasını təmin etmək.Qəbul edilən sifariş siyahısında olan məhsulları tək-tək sifariş edilən miqdarlarına uyğun olaraq barkodları oxutmaq.
İş şərtləri
İş qrafiki növbəlidir. Həftədə bir gün istirahət. Nahar şirkət tərəfindən təmin olunur.

İş yeri – Bakı şəhəri, Bazarstore MMC
Qəbul ediləcək işçi sayı
Son müraciət tarixi – 15.05.2022
Web ünvanı – http://www.azersun.com