Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 177 664 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır.
Yarım illik göstəricinin 27 707-si (15,6 %-i) ilkin, 149 957-si isə (84,4 %-i) isə təkrar qeydiyyatın payına düşür.
Qeydiyyatı aparılan əmlaklardan 27 695-i fərdi yaşayış və bağ evi, 39 388-i mənzil, 104 580-i torpaq sahəsi, 1 586-sı qeyri-yaşayış binası, 4 017-si qeyri-yaşayış sahəsi, 376-sı əmlak kompleksi, 22-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 45 513-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Hesabat dövründə 132 115 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 39,4 % azdır.
İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 9,95 % azalaraq 35 203 olub.