Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 6 milyard manatı ötüb

Bu günə ölkə ərazisində 58 095 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, Dövlət Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Bu ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 % çoxdur.