Zelenski: “Bəzi Alyans ölkələri Ukraynanın NATO-ya qoşulmasını istəmir”

“NATO-ya üzv olan bəzi ölkələr Ukraynanın Alyansa qoşulmasını istəmir”.

İndex.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu, həmin ölkələrin Rusiyadan qorxmaları ilə bağlıdır: “Lakin Ukrayna Alyansa qoşulmaq üçün razılıq gözləyir”.

V. Zelenskinin sözlərinə görə, Ukrayna indi yox, müharibədən sonra Alyansa üzv olmağa çalışır.