Türk dövlətləri “Kub Peyk Layihəsi” çərçivəsində kosmosa peyk göndərəcək

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin üzv olduğu, Macarıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistan da daxil olmaqla müşahidəçi statusuna malik türk dövlətlərindən ibarət beynəlxalq təşkilat olan Türk Dövlətləri Təşkilatı (TDT) yeni lahiyəni həyata keçirməyə hazırlaşır.

İndex.az xəbər verir ki, Kosmik Texnologiyalar Konfransı çərçivəsində TDT Kosmik Agentliklərinin 3-cü toplantısı üçün Türkiyəyə gələn TDT-nin baş katibinin müavini Mirvohid Əzimov lahiyə ilə bağlı bir çox məsələləri müzakirə etdiklərini bildirib.

Əzimov bildirib ki, ötən il TDT olaraq “Kub Peyk Layihəsi”ni həyata keçirmək üçün texniki işçi qrupu yaradıblar.

Məlumata görə, hazırda bu qrupun fəaliyyətinin nəticələri müzakirə olunur.

Görüş çərçivəsində Türkiyə dövlətləri adından ortaq peyk üzərində işləyəcək xüsusi mühəndislər qrupunun yaradılması ilə bağlı razılıq əldə olunub.

Yaradılacaq komanda Qazaxıstanda fəaliyyətini davam etdirəcək və üzv dövlətlər öz mühəndislərini Qazaxıstana göndərəcəklər.

Əzimov bildirdi ki, onların TDT adından kub peyki buraxaraq üzv dövlətlərin ekoloji vəziyyətini araşdırmaq və müəyyən araşdırmalar aparmaq istəyirlər.