Ən çox satılan planşet markaları – SİYAHI

Planşetlər əvvəlki populyarlığını itirsə də, hələ də hər il 100 milyondan çox planşet satılır.

İndex.az xəbər verir ki, Beynəlxalq Data Korporasiyasının (IDC) paylaşdığı məlumatlara görə, 2024-cü ilin ilk 3 ayında 30,8 milyon planşet satılıb.

Bu, ötən illə müqayisədə 0,5% artım deməkdir. Bazar liderləri “Apple” və “Samsung”un satışları azalarkən, Çin markaları bazar paylarını artırmış kimi görünür.

İndex.az ən çox satılan planşet markalarını tədim edir:

 

Satış ədədi Bazar payı
Apple 9,9 milyon 32%
Samsung 6,7 milyon 21,7%
Huawei 2,9 milyon 9,4%
Lenovo 2,1 milyon 7%
Xiaomi 1,8 milyon 5,9%
Diğer 7,4 milyon 24%