İstanbulda terror törətmiş qadın ömürlük həbs cəzasına məhkum edilib

İstanbulun İstiqlal küçəsində törədilən partlayışın faili kimi mühakimə olunan Suriya əsilli Əhlam Əlbəşir 1794 il həbs cəzasına məhkum edilib.

İndex.az xəbər verir ki, 13 noyabr 2022-ci ildə baş verən hücumda 6 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

Hücumla bağlı işin baxıldığı İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Əlbəşirin “dövlətin birliyini və ərazi bütövlüyünü pozma”, “qəsdən adam öldürmə”, “qəsdən adam öldürməyə cəhd” və “qəsdən adam öldürməyə kömək etmək” kimi cinayətlərə görə cəzalandırılmasına qərar verib.