Yaponiyada artım gözləntiləri üstələyir

Yaponiya iqtisadiyyatı yanvar-mart aylarındakı artımla ilkin proqnozları üstələyib.

İndex.az xəbər verir ki, Yaponiyanın ÜDM-i kəskin şəkildə yüksələrək 2023-cü ilin birinci rübündə 2,7% artıb.

Hökumət məlumatlarına görə, Yaponiya iqtisadiyyatının birinci rübdə artım gözləntiləri 1,6% idi.

Yanvar-mart aylarında ÜDM məlumatlarına görə, Yaponiya iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,7% artım göstərib.

İlk proqnozda 0,4% olaraq açıqlanan artım tempinin 0,5%-ə yüksələcəyi gözlənilirdi.