2023-cü il ərzində "Ziraat Bank Azərbaycan"ın depozit portfeli artıb.
İndex.az xəbər verir ki, ötən il ərzində “Ziraat Bank Azərbaycan”ın depozit portfeli 93.615 milyon manat artaraq 411.422 milyon manata çatıb.
İlin əvvəlində bu göstərici 317.806 milyon manat idi.
2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 47.988 milyon manat artaraq 171.688 milyon manata yüksəlib.
Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 194.126 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 45.627 milyon manat artaraq 239.753 milyon manat olub.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 30 dekabr 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 108.719 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin “T.C.Ziraat Bankı”na, 0,01%-i “Ziraat Teknoloji” şirkətinə, 0,01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.
