Azərbaycan Mərkəzi Bankı (AMB) "AtaSığorta" ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verib.

İndex.az bu barədə AMB-yə istinadən xəbər verir.

Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 8 255 720 manatdır.

Şirkət 2024-cü ili 377 min manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 60,1 % və yaxud 2,5 dəfə azdır.