Macarıstanın "Wizz Air" şirkəti 2026-cı il iyunun 12-dən etibarən İrəvan-London-İrəvan marşrutu üzrə uçuşlara başlayacaq.

İndex.az bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, İrəvanın "Zvartnots" beynəlxalq hava limanından Londonun Luton hava limanına uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək.