"Ziraat Bank Azərbaycan"ın aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan"ın aktivləri ilin əvvəlinə nəzərən 88.509 milyon manat artaraq 617.408 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 528.899 milyon manat təşkil edib.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 30 dekabr 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb.
Onun nizamnamə kapitalı 108.719 milyon manatdır.
Bankın səhmlərinin 99.98%-i Türkiyənin “T.C.Ziraat Bankı”na, 0,01%-i “Ziraat Teknoloji” şirkətinə, 0,01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.
