İqtisadçılar və yüksək səviyyəli investorlar yüksək uçot dərəcələrinin dünyanı necə dəyişdirdiyini qiymətləndirib.

İndex.az xəbər verir ki, ABŞ Xəzinədarlığı "Benchmark" istiqrazlarının gəlirlərini 2020-ci ildə 1%-dən 4%-ə yüksəldi ki, bu da ipoteka borcalanlarından tutmuş yeni biznesə başlayanlara qədər hər kəs üçün maliyyə xərclərinin artmasına səbəb oldu.

Dünya Bankının keçmiş baş iqtisadçısı və "Harvard Kennedi Məktəbi"nin professoru Karmen Reynhart bildirib ki, tək əmanətçilərə deyil, həm də borcalanlara fayda verən mənfi real uçot dərəcələri əksinə çevrilib.

Onun sözlərinə görə, tarixə nəzər salsaq bu gün standart hesab etdiyimiz gəlir nisbətinin və mənfi real uçot dərəcələrinin nadir görüldüyünü anlayarıq.

Professorun fikrincə, bu proses tarixin normal davam edən bir hissəsi deyil.