“YouTube”un reklamları bloklayan proqramlar və əlavələr üzərində müharibəsi davam edir.
İndex.az xəbər verir ki, ”Youtube”un yeni addımı səbəbiylə indi bir çox istifadəçi reklam blokerlərini silməyə başlayıb.
İş o yerə çatıb ki, oktyabrda bu rəqəmin yüz minlərlə insana çatdığı bildirilir.
Ancaq, yeni reklam bloker quraşdırmalarında da rekordun qırıldığı ortaya çıxdı.
Görünür, istifadəçilər “YouTube” blokundan yayınan daha güclü reklam blokerlərinə müraciət edirlər.
Bundan əlavə, bu hərəkətin digər səbəbi qlobal qiymət artımları ola bilər.
