"Pegasus Hava Yolları" "Çelsi" Futbol Klubunun kişi və qadın futbol komandalarının rəsmi hava yolu sponsoru olub.
İndex.az xəbər verir ki, sponsorluq müqaviləsinə əsasən, "Pegasus" hər iki komanda üçün hava nəqliyyatını təmin edəcək.
Şirkət həmçinin bu əməkdaşlıq vasitəsilə prioritet beynəlxalq bazarlarda innovativ kommunikasiya kampaniyaları həyata keçirəcək.
