"YouTube" oyun sənayesinə qədəm qoyur.

İndex.az xəbər verir ki, "Youtube"da mini oyunlar həm masaüstü, həm də mobil "Youtube" tətbiqinə gələcək.

Hazırda müəyyən beta istifadəçiləri üçün əlçatan olan oyunlar hələ başlanğıc mərhələsindədir.

Bununla belə, "Playables" proqramının bir hissəsi kimi hansı oyun növlərinin təklif ediləcəyi ətraflı açıqlanmayıb.

Qeyd edək ki, bu oyunlardan biri də mobil platformalarda mövcud olan "Stack Bounce" olacaq.