Yaxın Şərqdə artan gərginliklə bağlı narahatlıqlar qızıl qiymətlərinin artmasına səbəb olub.
İndex.az xəbər verir ki, qızılın unsiyasının qiyməti 0,4% artaraq 2027 dollara yüksəlib.
Qeyd edək ki, İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfərin həlak olması Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqların artmasına səbəb olub.
ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı həftənin sonunda bazarların diqqət mərkəzində olacaq.
Bankın uçot dərəcələrini dəyişməsi gözlənilmir.
