Çin şirkətləri Yaponiyanı boykot etməyə çağırıb
İndex.az xəbər verir ki, 2011-ci il zəlzələsindən sonra Yaponiyada sunami nəticəsində zədələnmiş "Fukusima Dai-içi Atom Elektrik Stansiyası"ndan radioaktiv tullantı sularının axıdıldığına görə, Çin, "Shiseido", "Panasonic", "Uniqlo" və "Mitsubishi" kimi şirkətləri Yaponiyanı boykot etmək çağırıb.
Çinin Yaponiyaya qarşı boykot çağırışından sonra yapon şirkətlərinin, xüsusən də Çin tələbi yüksək olan şirkətlərin səhmləri kəskin şəkildə ucuzlaşıb.
Belə ki, Tokioda yerləşən fərdi qulluq məhsulları istehsalçısı "Shiseido" 3,3% ucuzlaşaraq son beş ayın ən aşağı səviyyəsinə enib.
Qeyd edək ki, Çin bazarı şirkətin ümumi gəlirlərinin 30%-ni təşkil edir.
"Shiseido"nun yerli rəqibləri arasında "Pola Orbis Holding" və "Kose" şirkətlərinin səhmləri 5%-dən çox, ayaqqabı pərakəndə satış şirkəti "ABC-Mart"ın səhmləri isə 3%-dən çox ucuzlaşıb.
