2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 844,8 milyon manat ödəniş edilib.
İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% çoxdur.
Ödənişlərin 595,7 milyon manatı həyat sığortası, 249,1 milyon manatı isə qeyri-həyat sığortası üzrədir.
Həyat sığortası üzrə ödənişlər 32,2% artıb. Qeyri-həyat sığortasında isə artım 2,4% olub.
