“Gipsinvest” MMC nizamnamə kapitalını azaldır.

İndex.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 37 milyon 440 min 441 manatdan 22 milyon 847 min 878 manata düşürdüb.

Bununla da dörd ay əvvəl yaradılmış şirkət nizamnamə kapitalını 14 milyon 592 min 563 manat və ya 39% azaldıb

Xatırladaq ki, “Gipsinvest” MMC bu ilin iyulun 18-də dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Namiq Kazımov Rövşənoviçdir.