2023-cü il ərzində "Yapı Kredi Bank Azərbaycan"nın" kredit portfeli artıb.
İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 291.778 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 236.945 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 54.833 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 68.014 milyon manat, biznes kreditlərinin payı 188.882 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 34.880 milyon manat təşkil edib.
Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"nın kredit portfelinin 64%-dən çoxunu biznes kreditləri təşkil edir.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.380 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.
