Ötən il ərzində "Yapı Kredi Bank Azərbaycan"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 35.583 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 26.235 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 9.348 milyon manatlıq artımın olduğunu görərik.
"Yapı Kredi Bank Azərbaycan"ın faiz xərcləri isə 2023-cü il ərzində 288 min manat artaraq 2.445 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 2.157 milyon manat olmuşdur.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.380 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.
