"Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri ilin əvvəlinə nəzərən 32.933 milyon manat artaraq 514.860 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 481.927 milyon manat təşkil edib.
Xatırladaq ki, “Yapı Kredi Bank Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb.
Onun nizamnamə kapitalı 55.380 milyon manatdır.
Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.
