“Xiaomi” maraqla gözlənilən ilk avtomobilini səhnəyə çıxarmağa hazırlaşır.

İndex.az xəbər verir ki, Çin şirkətinin elektromobilinin yeni fotoları internetə sızıb.

Çox gözlənilən elektromobilin aerodinamik xətləri, gizli qapı tutacaqları və çərçivəsiz qapıları var.

Şəkillərə əsasən, şarj portu korpusun arxasında yerləşəcək. “Xiaomi” loqosu qapının içərisinə yerləşdirilmiş dinamik barmaqlığında görünür.

Xatırladaq ki, “Xiaomi” 2021-ci ildə avtomobil sənayesinə daxil olmağı planlaşdırdığını açıqlamışdı.

O vaxtdan bəri şirkətin ilk avtomobili ilə bağlı fotoşəkillər və texniki detallar bir neçə dəfə sızdırılıb.

Lakin bu ilin payızında veriləcəyi gözlənilən rəsmi açıqlama hələ də baş tutmayıb.

Məlumata görə, Çin şirkətinin elektromobili MS11 adlanacaq.

Avtomobilin 2024-cü ildə buraxılacağı gözlənilir.

“Xiaomi” ilk mərhələdə ildə 150 min avtomobil istehsal etməyi planlaşdırır.