"Xiaomi" rəhbəri şirkətin elektromobil texnologiyalarının təqdim ediləcəyi tədbir haqqında danışıb.

İndex.az xəbər verir ki, "Xiaomi", 3400-dən çox mühəndis, uzun illər davam edən iş və 1,4 milyard dollarlıq sərmayə ilə elektromobil bazarına girməyə hazırlaşır.

Şirkət tərəfindən paylaşılan afişada keçiriləcək tədbirdə yeni avtomobilin təqdim olunacağı ilə bağlı mesaj verilib.

Belə ki, afişanın yuxarısında STRIDE sözü yazılmış avtomobil şassisi əks olunub.

Tədbirdə "Xiaomi"nin SU7 elektromobilinin mühərrik detallarını açıqlayacağı, süni intellektli sürücülük xüsusiyyətlərinə toxunacağı və modelin üç fərqli rəng seçimi haqqında təfərrüatları açıqlaması gözlənilir.