2025-ci ilin yanvar–noyabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə göstəricilərdə artım müşahidə olunub.
İndex.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, sığorta şirkətləri tərəfindən bu dövrdə 67,8 milyon manat sığorta haqqı toplanıb, 29 milyon manat sığorta ödənişi həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə könüllü avtomobil sığortası üzrə sığorta haqları 58,5 milyon manat, sığorta ödənişləri isə 20,8 milyon manat təşkil edib.
Beləliklə, 2025-ci ildə sığorta haqları 9,3 milyon manat və ya 15,9%, sığorta ödənişləri isə 8,2 milyon manat və ya 39,5% artıb.
