“Xalq Bank”ın aktivləri 2023-cü il ərzində artıb.

İndex.az xəbər verir ki, “Xalq Bank”ın aktivləri ilin əvvəlinə nəzərən 397.477 milyon manat artaraq 3.082.547 milyon manata yüksəlib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 2.685.070 milyon manat təşkil edib.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə fəaliyyətə başlayıb.

Onun nizamnamə kapitalı 476.949 milyon manatdır.

Bankın səhmlərinin 50,00%-i “İdeal Business Ko” MMC-yə, 33,85%-i “EuroStandard” MMC-yə, 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.