"Microsoft", Rəqəmsal Bazarlar Aktı (DMA) ilə uyğunluq çərçivəsində "Microsoft Edge" brauzeri və "Bing" də daxil olmaqla, "Windows 11"də arzuolunmaz proqramların əksəriyyətini silməyə icazə verəcək.

İndex.az xəbər verir ki, "Windows 11"də quraşdırılmış "Edge" veb brauzerindən başqa, "Bing" "Windows"un axtarış bölməsindən də silinə bilər.

İstifadəçilər həmçinin "Microsoft"un və ya onun tərəfdaşlarının əvvəlcədən quraşdırdıqları bir neçə proqramı silə biləcəklər.