“VTB Bank”ın aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, “VTB Bank”ın aktivləri ilin əvvəlinə nəzərən 11.407 milyon manat artaraq 249.900 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 238.493 milyon manat təşkil edib.
Xatırladaq ki, “Bank VTB” 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayıb.
Onun nizamnamə kapitalı 315.815 milyon dollardır.
VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun üzvüdür.
